SSRİ xalq artisti Lev Durov dünyasını dəyişib.
Tanınmış aktyor-rejissor 83 yaşında Moskva xəstəxanalarının birində həyatla vidalaşıb.
Lev Konstantinoviç avqustun 7-də ürəyindən əməliyyat olunmuşdu. Son günlər aktyorun səhhəti getdikcə pisləşirdi. Lev Durov daha əvvəl 2 dəfə infarkt keçirib. Xalq artistinin ölümü haqda xəbəri qızı Yekaterina yayıb.
Qeyd edək ki, L.Durov tamaşaçılar tərəfindən “Kapusina bulvarından insan”, “Kazan yetimi”, “D`Artanyan və üç muşketyor” filmlərindəki rolları ilə sevilib.
Cia.az
