Rumıniyada kitab oxuyan şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcək.
İstinadən xəbər verir ki, bu barədə məlumatı bələdiyyə sədri Emil Boca öz “Facebook” səhifəsində paylaşıb.
O, Viktor Muron tərəfindən ona təqdim edilən bu layihəni 2015-ci ilin sonunda reallaşdıracağını qeyd edib.
Layihə ilk dəfə Cluj-Napoca ərazisində qısa müddətlik reallaşıb.
Cia.az
