Məşhur aktrisa İvonne Kreiq (Yvonne Craig) vəfat edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Batgirl" ("Döyüş qızı" 1960-cı il) film-komiksinin birinci baş rol ifaçısı 78 yaşında dünyasını dəyişib. O, qaraciyər xərçəngindən əziyyət çəkirmiş
İvonne karyerasına balerina kimi başlayıb. Daha sonra Elvis Presli ilə iki filmə çəkilən akrisa "Batmen" serialındakı "Batgirl" və "Ulduz müharibələri"ndəki Orion Marta obrazları ilə məşhurlaşıb.



Cia.az
