|
Bakı dünya reytinqini yüksəldib
Yaşayış səviyyəsi ən yüksək və ən aşağı olan dünya şəhərlərinin adları məlum olub.
 
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Economist Intelligence Unit” araşdırma kompaniyası yayıb.
 
Araşdırmalara görə, Avstraliyanın Melburn, Avstriyanın Vyana və Kanadanın Vankuver şəhərləri 2015-ci ildə yaşayış səviyyəsi yüksək olan şəhərlərdir.
 
Melburn artıq beşinci ildir ki, 140 şəhəri əhatə edən reytinq cədvəlinə başçılıq edir. Siyahıda sonrakı yerləri Toronto, Adelaida və Kalqari şəhərləri tutur.
 
Yaşayış üçün az faydalı şəhərlər isə Tripoli, Laqos, Port-Moresbi və Dəməşq sayılır.
 
Son vaxtlar öz reytinqini qaldıran şəhərlər isə  Bakı, Katmandu, Dubay, Varşava və Bratislava hesab edilir. 
Cia.az