|
Misir Fələstinə hərbçi göndərməyə hazırdır

Misirin prezidenti Abdel Fəttah əl-Sisi Fələstinə hərbçi göndərməyə hazırlığını bildirdi.

Onun sözlərinə görə, bu, həm Fələstinin, həm də İsrailin təhlükəsizliyinə xidmət edəcək.

CiA.az Trend-ə istinadən xəbər verir ki, Abdel Fəttah əl-Sisi onu da əlavə etdi ki, bunun üçün Fələstin dövlətinin mövcudluğu zəruridir. O, həm də onu qeyd etdi ki, bu məsələni artıq İsrailin baş naziri Binyamin Netanyaxu və Fələstinin prezidenti Mahmud Abbas ilə müzəkirə edib.