|
Davudoğlu hökuməti qura bilmədi-

Türkiyənin baş naziri Əhməd Davudoğlu öz hökumət qurmaq səlahiyyətlərini prezident Rəcəb Tayyib Ərdoğana təhvil verib. 

Cia.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, baş nazir 63-cü hökuməti qura bilmədiyini açıqlayıb. Ərdoğan bütün bu səylərinə görə Davutoğluya təşəkkür edib. 

Prezident və Davudoğlu arasındakı görüş Prezident sarayında, 1 saat 25 dəqiqə davam edib. 

Xatırladaq ki, 2015-ci ilin 9 iyulunda Ədalət və İnkişaf Partiyasının rəhbəri və baş nazirə yeni hökumət qurmaq tapşırığı verilmişdi. 

Cia.az