|
"Yurdum, yuvam məskənimsən, Azərbaycanım" devizi altında növbəti tədbir

Cari ilin iyulundan Lənkəran şəhərində start verilən “Yurdum, yuvam məskənimsən, Azərbaycanım” devizi altında silsilə tədbirlər çərçivəsində avqustun 15-də Bürcəli kəndində növbəti tədbir təşkil olunub.

Tədbirdə Azərbaycanda gedən inkişafdan, xüsusilə gənclərin vətənpərvərlik ruhunda yetişməsində mədəni-maarif müəssisələrinin rolundan söhbət açılıb.

Tədbirdə bədii qiraət ustaları Səməd Vurğunun “Azərbaycan” şeirini ifa ediblər. “Azərbaycan-ana Vətən, Yurdum oy!” və “Azərbaycan deyəndə” adlı ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Konsertdə bir sıra kənd yaradıcılıq evlərinin, sənətkarlıq və diyarşünaslıq klublarının bədii özfəaliyyət kollektivləri iştirak ediblər.

Kənd sakinlərinin, ziyalıların, ərazidə fəaliyyət göstərən dövlət müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbir maraqla qarşılanıb.

Cia.az