|
"Sülh aylığı"

Azərbaycanda hər il avqustun 21-dən sentyabrın 21-dək "Sülh aylığı" keçirilir. Bu münasibətlə avqustun 17-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında sülh və insan hüquqlarını təbliğ edən "İnsan hüquqları, demokratiya və sülh" başlığı altında kitab sərgisi açılıb.

Kitabxanadan  bildirilib ki, sərgidə mövzunu özündə geniş əhatə edən sülh, demokratiya, insan hüquqları ilə bağlı 100-dən artıq kitab nümayiş olunur.

Cia.az