|
Şahdağ qoruğu yanır –

Şahdağ qoruğunda güclü yanğın başlayıb. 

Cia.az FHN-ə istinadən xəbər verir ki, yanğın İsmayıllı rayonu, Tircan kəndində Şahdağ Milli parkına məxsus dağlıq ərazidə qeydə alınıb. 

Qurqda quru ot, kol-kos və ağaclar yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olunub. Hal-hazırda əməliyyat davam edir. 

Cia.az