|
Azərbaycanın əfsanəsi Rusiyada

Moskvada "Rusiya" kinokensert zalında "Qorxma mən səninləyəm! 1919" ("Не бойся, я с тобой! 1919") filminin premyerası keçirilib.

ANS PRESS-in məlumatına görə, filmin rejissoru Azərbaycanın xalq artisti, tanınmış kinorejissor Yuli Qusmandır. Premyerada çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar, aktyor Polad Bülbüloğlu filmin çəkilişlərindən razı qaldığını və xoşbəxt olduğunu deyib.

Film Rusiyanın "ВайТ Медиа" kino şirkəti və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə səyi nəticəsində ərsəyə gəlib.

Filmin çəkilişlərinə bir sıra tanınmış aktyor dəvət alıb.

Filmin premyerasında qələbəlik olub. Rusiyanın bir sıra telıekanalları premyeradan reportajlar da hazırlayıblar.

Qeyd edək ki, filmdə hadisələr XIX əsrin sonu – XX əsrin əvvəllərində baş verir. Zülmkarlara qarşı mübarizə iki sevən gəncin məhəbbəti fonunda baş verir.