Nazirlər Kabineti “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.
Cia.az-ın məlumatına görə, lent.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, “Yol hərəkəti haqqında” qanunda edilmiş dəyişikliklərin icrasının təmin etmək məqsədi ilə qaydalarda aşağıdakı dəyişiklik edilib:
“5.3. Avtomobil yollarında piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun layihələndirilir.”.
Cia.az
