|
Azərbaycanda bir milyardlıq ixtira

Bizim Yol” qəzetinin internet saytında maraqlı reklam materialı yerləşdirilib.

“Qafqazinfo”nun məlumatına görə, həmin reklamın mətnində bildirilir ki, yeni veloelektromobil nəqliyyat vasitəsi ixtira edilib. Həmin ixtiranın və ideyanın müəllifi isə bu kəşfinin patentini satılır. İxtiraya 1 000 000 000 (bir milyard) dollar qiymət qoyulub. Saytda ixtiraçı haqda heç bir məlumat yoxdur, sadəcə telefon nömrəsi təqdim olunub.