Əməkdar artist Kübra Əliyeva bundan sonra heç bir ekran işində rol almayacaq.
Bu haqda Axşam.az-a açıqlamasında aktrisa deyib:
“Heç yerdə çalışmıram. Heç bir serialda, tamaşada da yoxam. Xəstəyəm, işləməyə taqətim qalmayıb. Rejissorlardan təkliflər də gəlmir, çünki bilirlər ki, işləmirəm”.
Yay istirahətindən bəhs edən K.Əliyeva paytaxtdan kənara çıxmadığını bildirib:
“Bu yay heç yerdə dincəlmədim. Bodruma gedəcəkdim. Çox istidir deyə, məsləhət görmədilər. Elə Bakıda istirahət edirəm”.
Qeyd edək ki, K.Əliyeva bir vaxtlar xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Cia.az