Bakıda 17 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Cia.az-ın məlumatına görə, hadisə paytaxtın Tələt Şıxəliyev küçəsində qeydə alınıb. Yanğın "Atlant" MTK-ya məxsus suvaq üzlüklü, rənglənmiş binanın 13-cü mərtəbəsində olub. 165 kv.m sahəsi olan 3 otaqlı ev Raqif İsmayılova məxsusdur.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Xidmətdən Cia.az-a daxil olan məlumata görə, yanğının qarşısı alınıb və tez bir zamanda tamamilə söndürülüb. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb.
Xatırladaq ki, bir neçə KİV-də yanğının bütün binaya keçməsi, qatı tüstü ilə müşayiət olunması haqda məlumatlar yer alıb.
Cia.az
