|
Bu xanım kosmosa kofe aparacaq

Dünyanın orbitində fəaliyyət göstərən Beynəlxalq Kosmik Stansiya (ISS) əməkdaşlarının kofe ehtiyaclarının qarşılanması üçün addım atılıb.

ANS PRESS-in məlumatına görə, burda çalışan astronavtların kofe içməsi üçün kosmik fəzaya espresso cihazı göndəriləcək.

Bu məqsədlə hazırlanmış xüsusi kofe cihazı cazibə qüvvəsinin 0 dərəcə olduğu məkanda da işləyir.

Actronavtlar kosmik fəzada kofeni piptka ilə içəcəklər.

Espresso cihazını isə kosmosa İtaliyanın ilk qadın astronavtı Samanta Kristoforetti aparacaq.