|
İmişlidə bir nəfər göldə batdı –

Bu gün günorta saatlarında İmişli rayonunda bir nəfər süni göldə batıb. 

Cia.az FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Mürsəlli kəndində baş verib.

Süni göldə batan 1972-ci il təvəllüdlü Cəfərov Əsəd  Allahverdi  oğlunun cəsədi nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 5 m aralıda tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 16:58-də başa çatıb.

Cia.az