|
Bir sıra görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri qeyd olunacaq

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin ikinci yarısında bir sıra tanınmış incəsənət xadimlərinin yubiley gecələri təşkil olunacaq.

Nazirlikdən Cia.az-a bildirilib ki, cari ilin noyabrından başlayaraq Xalq artistləri Gülağa Məmmədovun 90, Ağadadaş Dadaşovun 80, Tofiq Bakıxanovun 85, Rəşid Behbudovun 100, Xalq rəssamı Nadir Əbdürrəhmanovun isə 90 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, keçiriləcək yubiley tədbirləri, sərgi və festivallar barədə mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında ətraflı məlumatlar veriləcək.

Cia.az