|
"Arzular Bakıda gerçəkləşir!" mövzusunda satış sərgi keçiriləcək

"Arzular Bakıda gerçəkləşir!" mövzusunda əl işlərindən ibarət xeyriyyə məqsədli satış-sərgi keçiriləcək.

Cia.az xəbər verir ki, sərgi avqustun 14-15-də "Rada&K" restoranında saat 11:00-dan 21:00-dək davam edəcək.

Sərgidə iştirakçıları sənətkarların hazırladığı maraqlı əl işləri ilə yanaşı, canlı musiqi, canlı performans və digər xoş məqamlar gözləyir.

Cia.az