|
"Art cinema club" layihəsi çərçivəsində "Frida" filmi nümayiş olunacaq

Avqustun 11-də "Art cinema club" layihəsi çərçivəsində Gəncə şəhər Heydər Əliyev Mərkəzində "Frida" filmi nümayiş olunacaq. Rus dilində göstəriləcək filmə giriş sərbəstdir.

Layihənin rəhbəri bildirib ki, mərkəzin dəstəyi ilə layihə çərçivəsində mütəmadi olaraq rəssamlar, yaradıcı şəxsiyyətlər, incəsənət haqqında filmlər təqdim ediləcək.

Cia.az