|
Ədəbiyyatçılar futboldan yazacaq

Yeni yaranmış derbi.az saytı maraqlı bir layihəyə başlayıb. “Qafqazinfo”ya daxil olan məlumata görə, əsasən futbol xəbərləri üzrə fəaliyyət göstərən saytda oxucu marağını çəkmək üçün müasir Azərbaycan ədəbiyatının və publisistikasının tanınan imzalarının futbolla bağlı yazıları yayımlanacaq.

Gündəlik operativ idman xəbərləri və özəl informasiyaları ilə yanaşı müxtəlif maraqlı layihələrlə də oxucuları təəccübləndirmək istəyən sayt rəhbərliyinin bu addımını yazarlar da razılıqla qarşılayıblar.

Onlar derbi.az saytında futbolla bağlı hekayə, məqalə, xatirə və köşə yazısı ilə oxucuların qarşısına çıxacaqlar.

Layihə çərçivəsində həftədə bir müəllif yazısının yayımlanması nəzərdə tutulub.

Artıq Şərif Ağayarın imzası ilə ilk yazı saytda dərc edilib. Bundan sonra isə Xalid Kazımlı, Çingiz Özgür, Dilqəm Əhməd, Qanturalı, Şəhriyar Del Gerani, Aqşin Evrən, Nəsimi Nəbizadə, Kənan Hacı, Mövlud Mövlud və digər tanınmış yazarların yazıları növbə ilə oxuculara təqdim olunacaq.