|
Kamal Abdulla televiziya açır

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri,professor Kamal Abdulla da televiziya sahəsində fəaliyyət göstərmək niyyətindədir. 

Elchi.az-a etibarlı mənbədən daxil olan məlumatna görə, dövlət müşaviri internet TV açmaq qərarına gəlib. “kultura+.tv” adlanacaq bu,elektron informasiya vasitəsi ilə bağlı hazırlıq işlərinə başlanılıb. TV-nin rəhbərliyində taninmış isimlərdən hələlik Nadejda İsmayılovanın olduğu bildirilsə də əməkdaşlar arasinda daha çox ünlünün olacağı güman edilir. Mənbənin bildirdiyinə görə artıq iki aya yaxındır ki hazırlıq işləri davam etdırılır.