Türkiyənin İstanbul şəhərində ABŞ konsulluğuna silahlı basqın edilib.
Daha sonra polis və terrorçular arasında atışma başlayıb. Konsulluğa hücum edənlərdən birinin qadın olduğu bildirilir. Verilən məlumatlara əsasən terrorçular hadisə yerindən qaça bilib.
Binanın ətrafı təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb. Hadisə yerinə çox sayda təcili yardım maşınları cəlb olunub. Əraziyə bomba qoyulduğu ehtimal edilir. Axtarışlar aparılır.
Cia.az
