|
Aspirinlə gözəlləş - MASKA

Möhtəşəm effekt verəcək praktik gözəllik maskasını təqdim edir. Yay aylarında evdə hazırlaya biləcəyiniz bu maskadan istifadə etməyi unutmayın.

3-5 ədəd aspirin

1 ədəd limon

1 yemək qaşığı bal

1 yemək qaşığı soda

Əvvəlcə aspirinləri içində əzə biləcəyiniz bir qaba qoyun. Əzdikdən sonra bir yemək qaşığı limon suyu əlavə edin. Dəriniz qurudursa, bir yemək qaşığı bal da tökün. Yağlı dəriniz varsa, balı qatmayın.

Təmiz dərinizə çəkib 15 dəqiqə quruyana kimi saxlayın.

Pilinq effekti üçün müəyyən fasilələrlə üzərinə isti suya batırılmış dəsmal qoyub 1 dəqiqə saxlayın.

Maskanı sodalı isti suya batırılmış dəsmalla silin.

Həftədə 2, ya 3 dəfə edin.
Cia.az