Myanmada baş verən daşqın nəticəsində ölənlərin sayı 80-i ötüb.
Myanmada daşqınların fəsadları artır. Musson yağışlarının səbəb olduğu güclü daşqınlar nəticəsində ölənlərin sayı 80-i ötüb.
Təbii fəlakətdən ən çox ziyan çəkmiş Nyaungdon şəhəri və ətrafdakı əksər kəndlər tamamilə su altında qalıb. Çaylarda suyun səviyyəsi təhlükəli həddə çatıb.
Güclü daşqın kənd təsərrüfatı sahələrinə də ciddi ziyan vurub. 360 mindən çox sakin evakuasiya edilib.
Hökumət yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib.
Avropa Komissiyası təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Myanmaya 1 milyon avro həcmində yardım ayıracağını bəyan edib.
Cia.az
