|
PKK üzvləri əsgərlərə hücum etdi

Türkiyənin Tunceli vilayətində PKK-çılar jandarmaya hücum edib. 

Əsgərlər anında terrorçulara qarşılıq verib. Ölən və yaralananın olmadığı bildirilib. 
PKK-çı qrup minaatanlarla jandarma binasına hücum edib. İki mərmi binanın həyətinə düşüb. Nəticədə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb. PKK üzvləri daha sonra avtomatlarla atış açmağa başlayıb. 
 
Əsgərlərin cavab atışı açmasıyla atışma başlayıb. Atışma təxminən 15 dəqiqə davam edib. Daha sonra havaya qalxan iki helikopter PKK-nın meşədəki sığınacaqlarını bombalayıb. 
Cia.az