|
Ayı gəzintiyə çıxan kişini parçaladı

ABŞ-ın Montana ştatında ayı milli parkda gəzəntiyə çıxan şəxsə hücum edib. 

Ayının parçaladığı şəxs hadisə yerində ölüb. Qurbanın cəsədi tapıldıqdan sonra ərazi nəzarətə götürülüb və parka giriş qadağan edilib. Araşdırma zamanı məlum olub ki, həmin şəxs qonur ayı tərəfindən parçalanıb və ayının yanında balası da olub. 
Qeyd edək ki, bu ayıların çəkisi 350 kq-dan çox olur.
Cia.az