Özbəkistanda konsert zamanı körpünün uçması nəticəsində 15 nəfər həyatını itirib.
Əyləncə parkinda konsert zamanı körpünün uçması nəticəsində 15 nəfər həyatını itirib. Özbəkistanın Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləsə də həlak olanlar barəsində məlumat verməyib.
Faciə Özbəkistanın Xarəzm bölgəsinin Ugrenc şəhərində baş verib. Gölün mərkəzində yaradılan süni adada tanınmış müğənni Novruz Sabirovun konsertinə gəlmiş minlərlə gənc adaya gedən körpüyə çıxıb. Körpünün dayaqları kütləyə tab gətirməyib və uçub. Nəticədə insanlar gölə tökülüb.
Qeyd edək ki hökumət faciədə zərər çəkənlərə və ölənlərin ailələrinə kömək göstərmək üçün komissiya yaradıb.
Cia.az
