|
Tanınmış incəsənət xadimlərinin yubiley gecələri təşkil olunacaq

Bu ilin ikinci yarısında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra tanınmış incəsənət xadimlərinin yubiley gecələri təşkil olunacaq.

Nazirlikdən bildiriblər ki, xalq artistləri Afaq Bəşirqızının 60, Bəşir Səfəroğlunun və Nazim Rzayevin 90, Əlibaba Abdullayevin isə 100 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

Keçiriləcək yubiley tədbirləri haqqında nazirliyin saytında mütəmadi olaraq ətraflı məlumat veriləcək.

Cia.az