|
Makkeyn Obamanı tənqid etdi

“ABŞ-ın indiyədək Ukraynaya silah verməməsi biabırçılıqdır”.

AzNews.az xəbər verir ki, bunu ABŞ senatoru Con Makkeyn deyib.

Onun sözlərinə görə, özünü qorumaq üçün bütün vasitələrə əl atan rəsmi Kiyevə ABŞ-ın silah göndərməməsi faktı sual doğurur.

“ABŞ-ın bu addımı Qərbin ona inamının azalmasına gətirib çıxarır. Rusiyanın təcavüzünə qarşı çıxmaq üçün Ukrayna xalqına kömək göstərməliyik”, - deyə senator bildirib.

Con Makkeyn əlavə edib ki, Ukraynaya silah ötürülməsilə bağlı Obama administrasiyasına təzyiq edəcək.

“Ukrayna xalqını məhv edirlər. Artıq baş tutan döyüşlərdə 4 min nəfər həlak olub. Özlərini qorumaq üçün ABŞ-ın onlara silah verməməsi biabırçılıqdır”, - deyə Con Makkeyn əlavə edib.