Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində avqustun 6-da Ümid Partiyası Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ismayıl Mirzəcanov, Ümid partiyası Lənkəran Şöbəsinin Məclis sədri Eldar Hüseynov və 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən Partiyanın parlament seçkilərində namizədi olacaq Xatirə Səfərəliyeva ilə görüşüb.
Görüşdə noyabrın birində Azərbaycanda keçiriləcək parlament seçkiləri, yerlərdə seçkilərə hazırlığın səviyyəsi, seçki mühiti və bir sıra başqa məsələlər müzakirə mövzusu olub.
Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq avqustun 6-da Astara və Lənkərana səfər edib. Səfərin məqsədi Azərbaycanın cənub bölgəsi ilə yaxından tanış olmaq üçün rəsmilərlə, qeyri-hökumət təşkilatları, siyasi partiyaların yerli nümayəndələri, həmçinin dini icmalara görüş keçirmək olub.
Cia.az
