|
“Qarabağ”ın rəqibinin baş məşqçisi istefa verdi

UEFA Avropa Liqasının “play-off” mərhələsində “Qarabağ”ın rəqibi olan “Yanq Boyz” klubunun baş məşqçisi Uli Forte istefa verib. 

Onun Çempionlar Liqasında Fransanın “Monako” klubuna 1:3 və 0:4 hesabı ilə uduzması klubdan getməsinə səbəb olub. 

Klubun idman direktoru Fredi Bikel baş məşqçinin gedişini belə izah edib: “Biz daha yaxşı oyun göstərmək və nəticə qazanmaq istəyirik. Amma Forte mövsümə pis başladı. Buna görə də onunla yolları ayırdıq”.

Cia.az