|
YAP-ın 22-ci il dönümü Gəncədə qeyd olundu

Gəncə şəhər Asan Xidmət mərkəzində YAP-ın yaranmasının 22-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə Yap Gəncə şəhər Təşkilatınn sədri Naqif Həmzəyev giriş sözü ilə çıxış edərək, bu gün partiyanın keçdiyi yoldan, Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində tarixi xidmətlərindən danışıb.

Naqif Həmzəyev vurğulayıb ki, YAP yarandığı gündən müstəqillik, azərbaycançılıq, dövlətçilik, milli tərəqqi kimi dəyərlərin təbliğinə xüsusi yer verir.

Gəncə şəhər Asan xidmət mərkəzində çalışan könüllülərin bir qrupuna Yeni Azərbaycan Partiyasının üzvlülük vəsiqələri təqdim edilib. YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev Heydər Əliyevin büstü qarşısında tədbir iştirakçıları ilə birlikdə xatirə şəkili çəkdirib.