|
Bərpaçı rəssam Gülşən Hacıyevanın fərdi sərgisi açılacaq

Avqustun 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda bərpaçı rəssam, əməkdar mədəniyyət işçisi, pedaqoq Gülşən Hacıyevanın fərdi rəsm sərgisi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq.

Rəssamlar İttifaqından  bildiriblər ki, sərgidə G.Hacıyevanın 150-dək sənət əsəri nümayiş olunacaq. Təqdim olunacaq sənət əsərlərində müxtəlif fəlsəfi yanaşma, emosional hisslərin rənglərlə ifadəsi öz əksini tapıb. Həmçinin rəngkarlıq, qrafika, tətbiqi sənət və heykəltəraşlıq sənətinə aid olan müxtəlif mövzulu portretlər sərgidə iştirakçılara təqdim olunacaq.

Qeyd edək ki, sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında baş müəllim kimi fəaliyyət göstərən Gülşən Hacıyevanın yubileyi çərçivəsində keçirilir.

Cia.az