|
Liftdə köməksiz qalmış 6 nəfər xilas olunub
Bakının Xətai rayonunda yaşayış binasının liftində 6 nəfər köməksiz vəziyyətdə qalıb.
 
Cia.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, xilasedicilər liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.
 
Əməliyyat saat 21:23-də başa çatıb.
Cia.az