Hind Okeanındakı Reunion adasında quruya düşən təyyarə parçasının, itən MH370 səfər saylı Malayziya təyyarəsinə aid olduğu açıqlanıb.
Açıqlamanı edən Malayziya baş naziri Nəcib Razak, mütəxəssislərin araşdırması nəticəsində parçanın sözü gedən təyyarəyə aid olduğunu təsdiq etdiklərini bildirib.
Musavat.com “BBC”-yə istinadən xəbər verir ki, təyyarə parçası araşdırma üçün Fransanın Tuluz şəhərindəki havaçılıq mərkəzinə göndərilmişdi.
Malayziya Hava yollarına aid "Boeing 777" tipli təyyarə, Kuala Lumpur-Pekin səfəri zamanı 8 Mart 2014-cü ildə 227 sərnişin və 12 ekipaj ilə itmişdi.
Cia.az
