Moskvada azərbaycanlı Sabit Əliyevin “Özgə evi” romanı nəşr olunub.
Müəllif bildirib ki, hər gün üzləşdiyimiz həyat hekayələrinin təsvir olunduğu bu roman onun ilk əsəridir. O deyib: “Axı, insanlar eyni problemə müxtəlif cür yanaşırlar. Mən sadəcə, öz təcrübəmi bölüşmək, oxucuda həmsöhbətimi tapmaq istədim”.
Romandakı hadisələr Azərbaycanda və Moskvada cərəyan edir. Əsərdə bəzən öz taleyini yaşamaq, sevib-sevilmək, öz səadətini tapmaq üçün hətta dünyanın o biri ucuna getmək istəyən gənclərin seçdiyi yoldan bəhs olunur. Romanın qəhrəmanı taleyin hökmü ilə nəsillər arasında münasibətlərin bütün ağrı-acısını dadır, doğma qardaşının xəyanəti ilə üzləşir, doğulub boya-başa çatdığı ailəsindən incik düşür.
Kitab oxucular tərəfindən böyük maraqla qarşılanıb. Kitabı “litres.ru”, “bookz.ru”, “Amazon” və s. kimi tanınmış onlayn kitab mağazalarından əldə etmək olar.
Cia.az
