Bomba reydlərinin həyata keçirildiyi şimal-qərbi Ariha şəhərində Suriyaya məxsus döyüş təyyarəsinin qəzaya uğraması ən azı 27 nəfərin həlak olmasına səbəb olub.
Britaniyada yerləşən Suriyada İnsan Haqları üzrə Müşahidə mərkəzi (SOHR) bildirib ki, qəza reydlər zamanı baş verib.
Ölənlərlə bağlı SOHR bildirib ki, Ariha hadisəsində ən azı 60 nəfər xəsarət alıb. Təyyarənin vurulduğu və ya başqa səbəbdən qəzaya uğradığı məlum deyil.
Yerli Koordinasiya Komitələri - müxalifət fəalları şəbəkəsi onlayn şəkil paylaşaraq onun qəzadan sonrakı vəziyyət olduğunu bildirib. Şəkildə bazar meydanı və ətrafdakı binalara böyük zərər dəydiyi görünür.
Bildirildiyinə görə, insanlar dağıntılar arasından sağ qalanları xilas etmək üçün çalışırlar.
Ariha, may ayında üsyançıların əlinə keçdiyi zaman hökumətin İdlibdəki sonuncu istinadgahı idi.
Arihanın itirilməsi Türkiyə sərhədində yerləşən İdlib əyalətinin əksər hissələrinin üsyançıların nəzarətinə keçməsinə səbəb olub.
Yanvar ayında ordu bildirmişdi ki, İdlib əyalətində yük təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 35 əsgər həlak olub. Dövlət mediası qəzaya səbəb kimi "pis hava şəraitini" göstərib, lakin Əl-Nusra üsyançıları təyyarəni vurduqlarını bildiriblər.
Cia.az
