|
Azərbaycanda növbəti beynəlxalq tədbir keçiriləcək
Avqustun 3-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın icraçı direktoru David Villiam və Enerji Siyasətləri Araşdırma Mərkəzinin direktoru Gürkan Kumbaroğlunu qəbul edib. 
Mədəniyyət və Turizm Nazirliyindən Cia.az-a verilən məlumata görə, görüşün əsas məqsədi Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiya tərəfindən 2016-cı ilin 31 avqust – 3 sentyabr tarixlərində Enerji İqtisadiyyatı üzrə 1-ci Beynəlxalq Avrasiya Konfransının keçirilməsi məsələsinin müzakirəsi olub.
 
Məlumat üçün qeyd edək ki, bu tədbir Azərbaycan Konqreslər Bürosu tərəfindən qazanılan Azərbaycanda keçirilməsi planlaşdırılan ilk beynəlxalq tədbirlərdən biridir.
Görüş zamanı tədbirin keçirilmə şəraiti, forması, turistlərin Azərbaycana gəlmə imkanları, viza prosesi və s. təşkilati məsələlər də müzakirə olunub.
 
Tədbirdə dövlət, özəl və akademik dairələrdən 200-ə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub.
 
  • Azərbaycanda növbəti beynəlxalq tədbir keçiriləcək  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir384/img1869885.JPG' target='_blank'>Yüklə</a>
  • Azərbaycanda növbəti beynəlxalq tədbir keçiriləcək  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir384/img1869886.JPG' target='_blank'>Yüklə</a>
  • Cia.az