|
Dərnəgüldə bina yox, maşın təkərləri yanır

Bakının Binəqədi rayonunda yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Yanğın qatı qara tüstü ilə müşayiət olunub.

Belə ki, DİN-in A.Heydərov adına Respublika Hospitalının inzibati binasının yaxınlığında məişət tullantıları (avtomobil şinləri) yandırılıb.

 

*   *   *15:50

Bakının Dərnəgül yaşayış sahəsində Ağasadıq Gəraybəyli küçəsində yanğın baş verib.

Oxu.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub.

Yanğının səbəbi və fəsadları barədə heç bir məlumat verilməyib.

Cia.az