|
Tacirin suda batan qardaşı bu gün dəfn olunacaq

Müğənni Tacir Şahmalıoğlunun bir neçə gün əvvəl dənizdə batan qardaşının cəsədi dünən tapılıb. 
36 yaşlı Mahir Allahverdiyevin dəfn mərasimi bu gün baş tutacaq. 
Mərhumun nəşi saat 11:00-da Yeni Yasamaldakı evindən götürüləcək. 
Xatırladaq ki, iyulun 31-i Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.

Cia.az