Sentyabrın 9-da P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayevin “Last Postlude — post…” əsəri səsləndiriləcək.
Cia.az bəstəkarın saytına istinadla xəbər verir ki, əsəri konservatoriyanın kiçik zalında “Yeni musiqi studiyası” ansamblının solistləri təqdim edəcəklər.
Əsər fortepiano, vibrafon, kontrabas və simli kvartet üçün yazılıb.
Cia.az
