|
Türkiyədə 2 polis şəhid oldu-
Türkiyənin Adana vilayətində Polis İdarəsinə təşkil edilən hücumda 2 polis məmuru şəhid olub.
Qarşıdurmada 2 PKK terrorçusu da ölü olaraq ələ keçirilib.
Bir qrup PKK üzvü Polis İdarəsinin binasına ayrı-ayrı istiqamətlərdən girməyə çalışarkən polislərlə silahlı qarşıdurma yaşanıb. Qarşıdurmada polis məmurları İsa İpək ilə Serdar Kazar şəhid olub. 
Hücumu reallaşdıran iki terrorçu öldürülüb, digər PKK-çılar qaçıb.
Cia.az