|
Hərbi liseylərə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 30 iyulda Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına keçirilən qəbul imtahanının nəticələri elan olunub.
TQDK-dan APA-ya verilən xəbərə görə, İmtahan nəticələri ilə https://eservices.tqdk.gov.az/netht_hl/?frm=egovlinkinə daxil olmaqla tanış olmaq olar.
TQDK-dan onu da bildiriblər ki, Naxçıvan şəhərində keçirilən imtahanların nəticələri bu gün elan ediləcək.
Cia.az