|
Mərakeş səfirindən Qarabağ bəyanatı

“Mərakeş Krallığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir”.

Bunu Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami Mərakeş kralı VI Məhəmmədin taxta çıxmasının 16-cı ildönümü münasibətilə təşkil edilmiş tədbirdə deyib.

“Ölkələrimiz biri-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Mərakeş Krallığı Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir”, - deyə səfir bildirib. 

Cia.az