|
Kürd liderə cinayət işi açıldı

Türkiyədə PKK-nın siyasi qanadı sayılan Xalqların Demokrat Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşa qarşı cinayət işi qaldırılıb.

Musavat.com-un Türkiyə qaynaqlarına istinadən verdiyi xəbərə görə, Dəmirtaş hərbi qarşıdurmaları qızışdırmaqda ittiham edilir. Onu 24 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. 

Xatırladaq ki, Türkiyə HHQ-nin PKK-çılara zərbələr endirməsi fonunda dünən HDP-dən olan 80 deputatın toxunulmazlığı ləğv edilib. Son günlər kürdyönlü partiyadan olan bir sıra deputatların PKK terrorçuları ilə əlaqələri üzə çıxıb. 

Cia.az