|
Abbaszadə sualları cavablandıracaq-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar iyulun 31-də abituriyentlər üçün videokonfrans keçirəcək. 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində təşkil olunacaq konfrans saat 15:00-da başlanacaq.

Videokonfransda Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şamaxı, Şəki və Şərur şəhərlərində yaşayan abituriyentlər onlayn rejimdə iştirak edə bilərlər.

Bunun üçün konfrans keçirilən mərkəzlərə saat 14:00-da gələrək qeydiyyatdan keçmək tələb olunur. Konfransa qoşulmaq istəyən abituriyentlər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin qeyd olunan şəhərlərdə yerləşən ünvanlarına müraciət edə bilərlər.

Gəncə şəhəri: Əhməd Cəmil küçəsi, ev 1

Mingəçevir şəhəri: Vəli Hüseynov küçəsi, 4

Lənkəran şəhəri: Heydər Əliyev küçəsi, 1

Sumqayıt şəhəri: Heydər Əliyev prospekti, 4

Şəki şəhəri : M.Ə.Rəsulzadə küçəsi, 156 A

Şirvan şəhəri : M.Ə.Rəsulzadə küçəsi, 1

Şərur şəhəri: Heydər Əliyev prospekti, 37A

Qeyd edək ki, konfransda abituriyentlərə qəbul prosesi ilə bağlı bir çox vacib məlumat və tövsiyələr verilməklə yanaşı, onları maraqlandıran suallar da cavablandırılacaq.

Cia.az