|
Qaçqın özünü "Qaçqınkom"un qarşısında yandırdı

Ağdam rayonundan məcburi köçkün olan 1961-ci il təvəllüdlü Sahib İsmayıl oğlu Nəsibov üzərinə yanacaq tökərək özünü yandırıb.

Hadisə Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 A ünvanında qeydə alınıb. Həmin ünvanda isə "Qaçqınkom"un Sabunçu rayon şöbəsi yerləşir.

S.Nəsibov III dərəcəli yanıq xəsarəti ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib

Cia.az