|
“Leyla Yunusa görə ərimlə dalaşırdım...”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz sahibkarlıq və dələduzluqda təqsirləndirilən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam edib. 

Prosesdə hazırda həbsdə olan jurnalist Rauf Mirqədirovun keçmiş həyat yoldaşı Zərifə Hacıyeva da şahid qismində ifadə verib. O, ifadəsində 2011-ci ildə Rauf Mirqədirovdan ayrıldığını bildirib: "O zamanlar Leyla və Arif Raufa zəng edib deyirdilər ki, Ermənistanda tədbir var ora getmək lazımdı. Bizim buna görə hər zaman davamız olub. Raufa deyirdim ki, sən niyə tez-tez Ermənistana gedirsən, axı onlar bizim düşmənimizdir?! Leyla və Arifi şəxsən görməsəm də telefon danışıqlarına qulaq asmışam. İstintaqa verdiyim ifadələri də təsdiqləyirəm".

Cia.az