|
Keçmiş prezident universitetdə dərs zamanı öldü
Hindistanın keçmiş prezidenti Əbdül Kəlam  83 yaşında vəfat edib.
Cia.az-ın APA-ya istinadən məlumatına görə, Kəlam Hindistan menecment institutunda  mühazirə oxuyarkən ürəyi tutub.  
 
Onun xəstəxanaya aparılarkən yolda keçindiyi bildirilir.
Hindistanda 7 gün matəm elan olunub. Əbdül Kəlam   2002-2007-ci illərdə ölkəyə rəhbərlik edib.
Cia.az