Mütəxəssislərin fikrincə, hər birimizin yaşadığı “Bazar günü” sindromu öz təsirini çərşənbə günü büruzə verir.
Aparılan yeni araşdırma zamanı məlum olub ki, hər 10 qadından biri çərşənbəni həftənin ən stressli günü hesab edir.
Çərşənbə günü günortadan sonra enerjinin tükənməsi, iş stressinin artması, həftə sonundan qalan yorğunluğun təsiri ilə qadınlar yaşlı görünür və özlərini yaşlı hiss edirlər.
Bazar ertəsi gecəsi hiss edilən yuxusuzluğun təsirləri üz və boyun bölgəsində 48 saat sonra özünü göstərdiyi üçün qadınlar çərşənbə günü daha yaşlı görünür. Çərşənbə günü qadınlar başladıqları rejimləri və dəri baxımı prosedurlarını yarımçıq saxlayırlar.
Cia.az
